Məşhur İnstaqram fotoservisi istifadəçi məlumatlarını oğurlayan tətbiqlərin aşkar edilməsi üçün mükafatlandırma sistemini işə salıb.
“Ölkə.Az” technote-yə istinadən xəbər verir ki, 1 il bundan öncə öz sistemində boşluqların aşkar edən şəxslərə “Facebook” şirkəti pul mükafatı verməyə başlamışdı.
İnstaqram təmsilçiləri bildiriblər ki, veriləcək pul mükafatının həcmi görülmüş işin və tapılmış sistem boşluğunun miqyasından asılı olacaq. Məlumata görə, “Facebook”da sistem boşluğunun aşkar edilməsinə görə verilən pul mükafatının orta həcmi 1500 dollardır. Hələ avqustun əvvəlində məlum olmuşdu ki, İnstaqram irimiqyaslı istifadəçi məlumatlarının sızdırılmasına yol verib. Belə ki, “Hyp3er” adlı marketinq şirkəti Instagram istifadəçilərinin yerləşdikləri yerləri izləyir və Instagram qaydalarına zidd olaraq istifadəçilərin hesablarındakı məlumatları və “Stories” paylaşımlarını özündə saxlayırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.