Hər bir insan orqanizmində göbələk var. Bəs necə olur ki, kif və göbələk bədənə keçir. çoxalır?
Biz çox şeyləri ətrafımızdan təmizləyə bilərik, amma göbələkdən yaxa qurtarmaq mümkün deyil. əgər bir insanın bədənində göbələk kökünü atıb, məskən saldısa, deməli, səhhəti ilə bağlı problemlərə hazır olmalıdır.
Göbələklər müxtəlif olur: aşağı, zəif dərəcəli – bunlar kif adlanır. 50-dən çox növü olan göbələklərin genetik kodu var, onlar koloniya şəklində yaşayır. Yəni yanaşı bir neçə göbələk və artmağa, yayılmağa meyillidirlər. Bir göbələk digər göbələk elementi ilə seqment bağlılıqdadır. Əgər siz orqaznizminizi göbələklərin əsiri etmək istəmirsizsə, bunun bir yolu var: göbələyi ac saxlamaq, onu qidalandırmamaq.
Məsələn, çörək qabında köhnə çörək var, o kiflənib. Əgər siz çörəyi götürsəz, qabın dibində kif qalığı qalsa, bir neçə müddətdən sonra bu kif quruyub gedəcək. əgər çörək qalsa, o çörəyi yeyərək artacaq, güclənəcək.
Medicina.az artıq orqanizminizdə kiflərin məskən saldığını, xəstəliklərə səbəb olduğunu göstərən əlamətləri təqdim edir:
-İstənilən nahiyədə istənilən qaşınma
-Çatlar, dəridə qabarcıqlar, dəridə sürtünmə
-Ovucda, qolaltında, büküşlərdə qızartı, ağ kütlə
-İstənilən kəsmiyə bənzər axıntı: istər ağızdan, istər bronxlardan, istər udlaqdan, istər uşaqlıq yolundan – hamısı göbələk əlamətidir.
-Dilin üzərində ağ, qatı, iri kütlə
-Dəridə olan istənilən törəmə əgər ağrılı deyilsə, o göbələyin nəticəsidir. Çünki göbələklər sinir uclarını yeyib, həmin nahiyəni hissiyatsız edir. Ona görə başı, bədəni psoriazlı olan xəstə ağrı hiss etmir. Əgər göbələklər ağrı versəydi, onda insan hər gün ağrı çəkib, ağrı şokuna dözməyib ölərdi.
-Dəridə olan istənilən dəyişiklik – qabarıqlıq, qabıqlanma, çökək, halqavari qızarma, qaşınma – göbələyin əlamətidir. Göbələklər əsasən böyük limfa düyünlərinə yaxın hissədə özünə qəsr qurur. Bəli, onların daxildə öz imperiyaları var.
-Göbələklər olan yerdə müharibə gedir, limfa sistemi yüklənir. By müharibədə qalib olmaq üçün insan ilk növbədə göbələklərin yediyi, sevdiyi qidaları kəsməli, yəni onları yedizdirməməlidir və onlarıməhv edən qidalar, bitkilər seçməlidir.