AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəbir daşının gənc tədqiqatçı tərəfindən transliterasiyası - ARAŞDIRMA

  • + A
  • - A
  • 18-09-2023, 09:00

    Qəbir daşının  gənc tədqiqatçı  tərəfindən transliterasiyası - ARAŞDIRMA

    Abdulrəhmanov Elat,
    Türkiyə, 19 Mayıs Universitetinin magistri


    Tətil günlərində ara-sıra Abdurrahman qardaşla qonşu kənd olan Böyük Dəhnədə yaşamış, 1999-cu ildə həcc ziyarəti etmiş mərhum Hacı Osman babanın ev yurdunu ziyarət etmək üçün gedirdik. Ziyarət əsnasında kəndin məscidinə gedər, orda vaxt namazını qılar, elə yola düşərdik. 24 avqust adəti üzrə Böyük Dəhnəyə getdik İkindi namazını qılıb gələrkən çöl tərəfdən mehrablığın önündə bir qəbir gördüm, yaxınlaşıb baxanda vəfat tarixinin ərəb rəqəmləri ilə h/1319 yazıldığını, eləcə də baş daşının tamamilə ərəbcə yazılardan ibarət olduğunu müşahidə etdim. Maraqlı gəldi və şəklini çəkdim bir neçə günə oxuyub qeydlər alaraq tamamladım...Nəhayətində sizlərlə bölüşmək istədim

    1-ci sətir: ər-Rəhman surəsi ayə/26,27
    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
    كُلُّ مَنْ عَلَيْهَا فَانٍ•وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ
    26)Yer üzündə olan hər kəs fanidir
    27)Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir
    2- ci sətir: هذ المرقد المرحوم المغفور
    Bu rəhmətli, bağışlanmış
    3-cü sətir: العالم الفاضل الكامل
    Kamil, fəzilətli alim
    4-cü sətir: عبد الصمد أفندي بن علي أفندي
    Əli Əfəndinin oğlu Abdussəməd Əfəndi
    5-ci sətir: الدهوي الكبرا الهابوطي
    Ləqəbləri: Əd-Dəhəvi Əl-Kubra¹, Əl- Haputi²
    6-cı sətir: عفى ٱللَّه عنهما والجنه مثواهما
    Allah onları bağışlasın və məkanları cənnət olsun
    7-ci sətir: مات في شهر ربيع الاخر
    Hicri 4-cü (Rəbbiul axır) ayında vəfat etmişdir.
    Vəfat ili h/1319³
    Sağ alt sətir: يا ناظرا فيه سل الله رحمته
    Ey bu qəbrə baxan adam bu qəbrin sahibinə Allahdan rəhmət ilə dua et
    Sağ üst sətir: من بعد ذلك غفرا بالصاحب
    Bundan sonra o dostuna xatir bağışlansın
    Sol alt sətir: هو السمى الفندي الفاضل الصمد
    O, adaşı (Abdussaməd) əl-Fazil(fəzilətli) əs-Saməd’dir (sarsılmaz)
    Sol üst sətir: بحر العلوم نصاب الفضل والادب
    Elm dənizi, yetərli fəzilətli ədəb sahibi
    _____________________________

    1. Böyük Dəhnə
    " Qəbir daşında yazılan əd-Dəhəvi-Kubra Böyük Dəhnə kəndinin adıdır."
    Acınohur gölündən 10 km. aralı, Turut çölündədir. Oykonim böyük (olcu bildirir) və dəhnə (fars. "çay ağzı, kecid, suyun əsas mənbədən ayrıldığı yer, suvarma kanalının ağzı, sukeçirən yer, arx başı, arx başında bənd") komponentlərindən düzəlib, "böyük arx başı" mənasındadır.¹ Şəki ərazisi olsa da iqlimi Mərkəzi Aran iqliminə daha yaxın iqlimdir

    2.Haput
    "Qəbirdə yazılmış Haputi isə onun etnik mənsubiyyətini bildirir"
    Haputlular Qafqaz mənşəli, Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid bir xalqdır.² Əsasən Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır. Qafqaz dil ailəsinə mənsub Haput dilində danışırlar. Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar. Dinləri İslam dinidir. XIX əsrin 80-ci illərinə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir.

    3. Vəfat tarixi (Hicri)1319
    1445-1319=126
    (Miladi)1902

    __________________
    1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.151
    2. Azsaylı xalqlar: haputlar. "Xalq cəbhəsi" qəzeti. 28 yanvar 2011, № 16 (2184), s. 11"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR