AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş prokuror beynəlxalq tədbirdə iştirak etmək üçün Sinqapura gedib

  • + A
  • - A
  • Bu gün, 14:42

    Baş prokuror beynəlxalq tədbirdə iştirak etmək üçün Sinqapura gedib

     
    Azərbaycanın Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Sinqapura işgüzar səfərə gedib.

    Tədbir çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanları arasında kiber cinayətkarlıqla mübarizə üsulları, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və digər aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

    Tədbirlərdə həmçinin Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR