AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Şeytan ruhunun ləpiri" adlanan detektiv roman işıq üzü görüb

  • + A
  • - A
  • 18-06-2021, 16:21


    Elbrus Kəlbiyevin detektiv janrda yazdığı sayca 4-cü kitabı işıq üzü görüb. "Şeytan ruhunun ləpiri" adlanan detektiv romanda müəllif elmə töhfələr vermiş bir alimin peşəkarlıqla qətlə yetirməsindən söz açıb. Polkovnik İlyas Ocaqov arxasında iz buraxmayaraq qətllər törədən qatilin izinə düşə bilmir. Günahı olmayan birisi cinayətkarın yerinə həbsə atılır. Nəhayət polkovnik şeytanın içindəki qara ruhunun ləpirlərini görə bildi... Bəs həqiqətənmi bu odur?... Əsəri oxuyanda biləcəksiniz.

    Müəllif Elbrus Kəlbiyev 1977-ci ildə Lerik rayonunun Çayurd kəndində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı Ali Hərbi məktəbini Psixoloq ixtisası üzrə bitirib. 1998-2016-cı illərdə Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib. Polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
    Kitabı Kitab mağazalarlndan, rayon kitabxanalarından əldə edə bilərsiz.
    Elnurə Abuşova






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR