..qocayam o ağac kimi,
qocayam o daş kimi.
...qocayam gözlərindən
axan o yaş kimi.
O yaş ki onu günəşlər,
onu aylar tanıyır...
...gözlərində körpədi,
yanağında qarıyır.
...o yaş ki yorulub
söykənib daşa.
O yaş ki məktubdu
qanadsız quşa...
...göz yaşındı- yeriyir
göy üzündə...Tanrı, bax!
...ağac, daş ölən yerdə
göz yaşların qalıb sağ.
...qocayam o ağac kimi,
qocayam o daş kimi.
Aydan Ay
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.