AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Min bir gecə" Gəncədə

  • + A
  • - A
  • 21-06-2022, 19:05

    “Min bir gecə" Gəncədə

    Azərbaycan milli balet sənətinin ən dəyərli nümunələrindən biri olan “ Min bir gecə “
    baleti 40 ildən artıqdır ki, dünya səhnələrini gəzib dolaşır, bir çox ölkələrdə tamaşaya
    qoyulur və baletsevərləri heyran edir. Azərbaycan Dövlət Akademik Opera və Balet
    Teatrı balet truppasının artistləri müxtəlif illərdə “ Min bir gecə “ baleti ilə Almaniya,
    Rusiya, Türkiyə, İraq, İordaniya və.s ölkələrdə qastrol səfərlərində olmuş və hər yerdə
    çox böyük uğurla çıxış etmişlər.
    İyunun 20-də balet ustalarımız “Min bir gecə“ni ilk dəfə olaraq onun müəllifi,bəstəkar Fikrət Əmirovun vətəni olan qədim Gəncə şəhərində - Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş etdirmişlər. Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin gorkəmli bəstəkar,SSRİ Xalq artisti, tanınmış ictimai xadim Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar keçirdiyi tədbirlər çərçivəsində baş tutmuşdur.
    Tamaşada əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Nigar İbrahimova (Şəhrizad) və Cəmilə Kərimova ( Nuridə ) ifa etmişlər. Digər rollarda isə balet truppasının aparıcı solistləri Seymur Qədiyev (Nuridənin sevimli qulu), Ayan Eyvazova (Gözəl Budur). Timur Oduşev (Ələddin), İslam Məmmədov (Quldurbaşı), Dinara Şirinova (Qız), Liana Mirabdullayeva (Mərcanə),İntiqam Məmmədov (Rux quşu) və b. çıxış etmişlər. Tamaşa anşlaqla baş tutmuş, Gəncə Dövlət Filarmoniyasının 830 nəfərlik tamaşaçı tutumu olan zalı həmin gün tamaşaçılarla dolu olmuşdur. Fikrət Əmirov musiqisinin ecazkarlığı, balet ustalarımızın peşəkar ifası,zəngin dekorasiyalar və səhnə kostyumları gəncəli sənətsevərləri sözün əsl mənasında heyran etmişdir.
    Tamaşada şəhərin musiqi ictimaiyyətinin nümayəndələri, tanınmış ictimai xadim və ziya-
    lılar, ümumiyyətlə Fikrət Əmirovun yaradıcılllığı və balet sənəti ilə maraqlanan və onu
    sevən insanlar yer almışdı. Balet tamaşasını izləyənlər sırasında Gəncə şəhər İcra haki-
    miyyətinin başçısı Niyazi Bayramov və İcra hakimiyyətinin məsul əməkdaşları, Gəncə
    regional mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Milli Məclisin Gəncə regionu üzrə
    deputatı Müşfiq Cəfərov, Türkiyə Respublikasının Gəncə şəhərindəki konsulu Zeki Öztürk,Mədəniyyət Nazirliyi İncəsənət şöbəsi musiqi sektorunun müdiri Vüqar Hümmətov və b.olmuşlar.
    Çox böyük uğurla baş tutan tamaşa izləyənlərin uzun sürən sürəkli alqışlarının müşaiyəti
    ilə başa çatmışdır.
    Sonda Opera və Balet Teatrının rəhbərliyi adından yüksək səviyyədə təşkil olunmuş
    qastrol səfərinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə şəhər İcra
    hakimiyyəti və Regional Mədəniyyət idarəsi və əlbəttə ki, Gəncə Dövlət Filarmoniya-
    sının rəhbərliyinə dərin təşəkkürümüzü bildirmək istərdik.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR