AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay“ operasının tamaşası keçiriləcək

  • + A
  • - A
  • 13-05-2022, 08:28

    Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay“ operasının tamaşası keçiriləcək

    Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay“ operasının tamaşası keçiriləcəkdir. Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan “Madam Batterflyay“ azərbaycanlı operasevərlərin də böyük maraq göstərdikləri klassik tamaşalardan biridir. Opera gənc yaponiyalı qeyşanın amerikalı hərbiçiyə faciəvi məhəbbətindən geniş mənada isə Qərb və Şərqin mədəni ənənələrinin uyuşmazlığından bəhs edir.
    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tamaşada əsas partiyanı – Çio-Çio-San partiyasını ifa etmək üçün Musa Cəlil adına Tatarıstan Akademik Opera və Balet Teatrının aparıcı solisti, Tatarstanın Əməkdar artisti, Tatarstan Respublikasının Q.Tukay adına Dövlət mükafatı və vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı Gulnora Qatinanı dəvət etmişdir.
    Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Azər Zadə (Pinkerton), Səbinə Vahabzadə (Suzuki), Əliəhməd İbrahimov (Qoro), Tural Ağasıyev (Yamadori), solistlər Mahir Tağızadə (Şarples), Tələt Hüseynov (Bonza) və b. çıxış edəcəklər.
    Opera tamaşasını Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR