AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sərdar Cəlaloğlu səhər 8-dən axşam 7-yə kimi dayanmadan Quranın fəlsəfi izahını yazır

  • + A
  • - A
  • 6-06-2017, 11:21

    Sərdar Cəlaloğlu səhər 8-dən axşam 7-yə kimi dayanmadan Quranın fəlsəfi izahını yazır

















    Azərbaycan Demokrat Partiyasının (ADP)sədri Sərdar Cəlaloğlunun son zamanlar fəaliyyəti gözə çarpmır

    Bəs görəsən bunun səbəbi nədir?

    Məsələ ilə bağlı danışan Sərdar Cəlaloğlu isə fərqli düşünür. O, əksinə həmişəki kimi siyasi həyatda hamıdan çox göründüyü deyib.

    “Hazırda Quranın fəlsəfi izahını yazıram. Bu çox ciddi kitab olduğu üçün səhər saat 8-dən axşam saat 7-yə qədər dayanmadan işləyirəm. Həm öz partiyamızın fəaliyyəti baxımından, həm də başqa partiyalarla əməkdaşlıq baxımından əvvəlki intensiv fəaliyyətimizi davam etdiririk. Sadəcə olaraq son zamanlar mitinq təşkil etmirik deyə fəaliyyətimiz görə çarpmır.

    Hökumət kütləvi informasiya vasitələrinə bizim yolumuzu bağlayıb, bizdən asılı olmayan səbəblərdən televiziyalara çıxa bilmirik. Öz qəzetimizdə və bizə olan yaxın olan KİV-lərdə ardıcıl olaraq həftədə 6, 7 dəfə çıxış edirəm”.

    Gələcək planları ilə bağlı da danışan ADP sədri bildirib:

    “Gələcək planlarımız odur ki, ölkədə situasiyadan asılı olaraq siyasi mübarizənin ən müxtəlif formalarını tətbiq edək. Biz hadisələri gözləyirik. Xalq gedən proseslərdə iştirak etməsə bizim apardığımız demoqogiyadan başqa bir şey olmayacaq. Demokratiya odur ki, xalq özü iştirak etsin. Xalqın da siyasi hadisələrdə iştirak etmək meyli görsənmir”. (Modern.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR