ÜAK-a görə Putinlə Əliyevin arasını vurmaq projesi necə iflas etdi? - Pərdəarxası
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə nail olmaqla Rusiya-Azərbaycan münasibətlərini korlamağa cəhd edənlərin məkrli planları gerçəkləşmədi. Bakı-Moskva arasında gərginlik yaratmaq istəyən qüvvələr muradına çatmadı.
İki ölkə arasında narahatlığa son qoyulub, gərginlik səngiyib, erməni lobbisini xidmət edən dairələrin projeləri iflas edib.
Məlumata görə, ÜAK-ın fəaliyyətinin bərpası və yaxud onun yerinə daha yaxşı bir diaspora təşkilatımızın təsis olunacağı xəbər verilir.
Kremllə Azərbaycanın arasını vurmaq istəyində olan mərkəzlərin siyasəti fiaskoya uğradığı üçün heç bir cəhd göstərilmir.
Azərbaycan-Rusiya münasibətləri ikitərəfli strateji əməkdaşlıq səviyyəsindədir. Biz bu münasibətlərin bütün parametrləri üzrə tərəflərin öz öhdəliklərini daim yerinə yetirdiyinin şahidiyik.
Azərbaycan öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi kimi, Rusiyadan da hər zaman buna adekvat addım atmağı gözləyir. Bu günə qədər münasibətlərimizdə elə bir ciddi problem olmayıb.
Ulus.Az-ın Analitik Mərkəzinin yaydığı məlumata görə, iki ölkə prezidentlərinin münasibətləri yüksək səviyyədədir, bunu 212 oyun məktubunda da sezmək olar, Putinlə Əliyevin əlaqələrinin pisləşdirmək arzusunda olanların niyyəti ürəyində qaldı. ÜAK isə ya yenidən işini davam etdirəcək, ya da yeni adda fəaliyyətə başlayacaq.
Münasibətlərin gərginləşməsi barədə şərhlərə rəvac verən hadisəyə - Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə gəlincə, məsələ yalnız hüquqi müstəvidə həll olunmalıdır.
Bundan kənar siyasi divident güdməyə yönəlmiş şərhlər verilməsi, həqiqətən də, münasibətlərdə problemlər yarada bilər.
Azərbaycanın müvafiq dövlət qurumları, parlamenti, vətəndaş cəmiyyətinin nümayəndələri və mətbuat bu məsələnin məhz hüquq çərçivəsində həll olunmasını gözləməlidir.
Rusiyada yaşayan azərbaycanlılar Rusiya vətəndaşlarıdır. ÜAK da Rusiya vətəndaşı olan azərbaycanlıların Rusiya qanunlarına əsasən yaradılmış təşkilatıdır.
Hansı milli-etnik qrupa mənsub olmasından asılı olmayaraq, hər kəs öz vətəndaş hüquqlarını, vəzifələrini icra etməlidir. Vətəndaşların hüquqları tanınmalı, onlar da vəzifələrini yerinə yetirməlidirlər.