AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna səfiri və Fəxri Konsulu Göyçaya səfər edib

  • + A
  • - A
  • 23-11-2023, 09:05

    Ukrayna səfiri və Fəxri Konsulu Göyçaya səfər edib

    Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov və Ukrayna Səfiri Vladislav Kanevski Ukrayna Fəxri Konsulluğunun konsulluq dairəsinə Göyçayda rəsmi regional səfərdə oldu.

    Son dərəcə səmimi və mehriban şəraitdə Rayon İcra Hakimiyyətinin Başçısı ilə səmərəli danışıqlar aparılmışdır. Ukrayna və Azərbaycan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də təhsil sahəsində humanitar layihələr diqqət mərkəzində olan məsələlər sırasında idi.

    Göyçay sürətlə inkişaf edir və cəlbedici investisiya potensialına malikdir ki, bu da, şübhəsiz ki, Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verəcək.
    Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov Azadmedia.az-a səfər barədə təəssüratlarını bölüşərkən qeyd edib ki, konkret iddialı layihələri və onların həyata keçirilməsi strategiyaları müəyyən edildi, ümid edirik ki, əldə olunmuş razılaşmaların ilk nəticələrini tezliklə ictimaiyyətə işıqlandırılacaqdır.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR