AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

London "Çelsi"nin satışından əldə olunan vəsaitin İsrailə köçürülməsi təşəbbüsünü rədd edib

  • + A
  • - A
  • 28-11-2023, 23:58

    London "Çelsi"nin satışından əldə olunan vəsaitin İsrailə köçürülməsi təşəbbüsünü rədd edib


    Böyük Britaniyanın hakimiyyət orqanları “Çelsi” klubunun satışından əldə olunan vəsaitin Ukrayna əvəzinə İsrailin Fələstin HƏMAS hərəkatının yaraqlılarının vurduğu ərazilərin bərpasına köçürülməsi təşəbbüsünü rədd edib.
    İsrail nümayəndə heyəti Böyük Britaniyaya səfəri zamanı krallığın rəsmiləri ilə əvvəllər iş adamı Roman Abramoviçə məxsus olan klubun satışından əldə edilən vəsaitin köçürülməsi imkanlarını müzakirə edib.

    Qeyd olunur ki, iş adamına Tel-Əviv və London arasında həm klub üçün böyük məbləğin, həm də ümumilikdə Abramoviçin aktivlərinin taleyi ilə bağlı danışıqlar aparması barədə məlumat verilməyib.

    Xatırladaq ki, rusiyalı iş adamı 2022-ci il martın 10-da Ukrayna hadisələri ilə bağlı Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilib. Onun aktivləri tamamilə dondurulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR