İlkin Rüstəmzadənin məlum avtomobil tərəfindən vurulma təhlükəsilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb.
"Ölkə.Az" bildirir ki, bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, araşdırmalar nəticəsində həmin avtomobil müəyyən olunaraq, sürücünün izahatı alınıb, ərazi üzrə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxılıb.
E.Hacıyev əlavə edib ki, iddialar təsdiqini tapmayıb:
“Vətəndaşın müraciəti üzrə araşdırmalar davam etdirilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.