Bu gün Millil Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə könüllü qanvermə aksiyası keçirilib.
“Azərenerji” ASC-dən Azadmedia.az-a verilən məlumata görə Baş İdarəetmə, Elm, Tədris və Labaratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında səhmdar cəmiyyətin 100 nəfərdən artıq əməkdaşı xəstə uşaqların sağlamlığı, onların qanla təmin olunması üçün xoşməramlı və xeyirxah missiyada könüllü iştirak ediblər.
Qanvermə aksiyası karantin rejiminin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla xüsusi qrafiklə, kütləvilik yaratmadan həyata keçirilib.
Qeyd edək ki, 2005-ci ilin fevral ayında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva “Talassemiyasız həyat Naminə” proqram layihəsinin başlanmasını elan etmişdi və həmin gündən başlayaraq, “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.