AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda məktəbli şəhid övladları ilə görüş

  • + A
  • - A
  • 21-09-2021, 16:30



    Masallı Rayon İcra Hakimiyyətində yeni dərs ilində məktəbə gedəcək şəhid övladları ilə görüş keçirilmişdir
    21 sentyabr 2021-ci il tarixdə, yeni dərs ili ərəfəsində Masallı rayon İcra hakimiyyətinin kiçik akt zalında Ərkivan qəsəbəsindən olan şəhid Anar Novruzovun oğlu, doqquzuncu sinif şagirdi Nihat Novruzovla, Köçəkli kəndindən olan şəhid İntiqam Abbasovun oğlu, onbirinci sinif şagirdi Əli Abbasov, Qarğalıq kəndindən olan şəhid Elvin Əzizovun qızları-doqquzuncu sinif şagirdi Şəhanə Əzizova, yeddinci sinif şagirdi Aybəniz Əzizova və oğlu, dördüncü sinif şagirdi Elvin Əzizov, Yolağac kəndindən olan Raqib Əzizovun oğlu, kənd məktəbinin şagirdi Rahid Əzizov və ailə üzvləri ilə görüş keçirilmiş, onların arzu və istəkləri dinlənilmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yeni dərs ilində məktəblərdə təhsilini davam etdirəcək şəhidlərin övladlarını bu münasibətlə təbrik edərək onlara məktəbli çantaları və ləvazimatları, qiymətli hədiyyələr təqdim etmişdir. Görüşdə vurğulanmışdır ki, bütün şəhid övladları bizim üçün Vətənin müqəddəs əmanətidir və onların qayğısız böyümələri, firavan həyat sürmələri üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görür və bundan sonra da görəcəkdir.-Şəhid övladları dərslərini yaxşı oxumalıdır, nümunə olmalıdır, gələcəyin parlaq vətəndaşı kimi böyüməlidir. Ətrafdakılar da onlara baxıb fəxr etməlidirlər...2020-ci ilin 27 sentyabrında otuz illik Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizə yaşadan o tarixi zəfərin başlanğıcına az qalıb. Masallı rayonunda 27 Sentyabr anım günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur, şəhid ailələri ilə görüşlər keçirilir, şəhərin mərkəzindəki «Qəhrəmanlar Parkı» təzədən qurulur, şəhidlərin xatirəsinə layiq daha sanballı, daha əzəmətli işlər görülür. Mən inanıram ki, həmin abidə kompleksi hamının xoşuna gələcək və həmin yer müqəddəs bir ünvan olacaqdır. Bütün bu xeyirxah işlərə görə Milli Məclisin deputatı Məşhur Məmmədova təşəkkürümü bildirirəm.

    Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizi qalib xalqa çevirən və 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan Məşhur müəllim onların hər birinin bir qəhrəman olduğunu və bu günlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib.
    Azərbaycan xalqı var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağı qeyd edilib.
    Xatırlamaq yerinə düşər ki, Hişkədərə kəndindən olan şəhid Vüsal Məhərrəmovun övladı Nihat Məhərrəmov və Şərəfə kəndindən olan şəhid Nurlan Əbilovun oğlu Amin Əbilovun məktəbli və qiymətli hədiyyələri tədbirdə iştirak edən onların doğmalarına və əzizlərinə təqdim edilmişdir.
    Şəhid ailələri və övladları Azərbaycan Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin icra başçısına minnətdarlıq bildiriblər.
    Tədbiri Masallı RİH başçısı Ş.Məmmədov yekunlaşdırmışdır.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR