AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dərslər bu halda distant keçirilə bilər - Nazirlik rəsmisindən AÇIQLAMA

  • + A
  • - A
  • 23-09-2021, 22:00


    Ali təhsil və orta ixtisas təhsil müəssisələrində auditoriyalara məhdudiyyət qoyulacaq.

    Auditoriyanın 70 faizindən istifadəyə icazə veriləcək.

    Bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib.

    Onun sözlərinə görə, tələbə sayı auditoriyadakı yerlərin 70 faizindən çoxdursa, tədris alternativ qaydalarda təşkil ediləcək:

    "Qruplar növbəli şəkildə tədrisə cəlb oluna bilər və ya zərurət yarandıqda distant formada tədris təşkil oluna bilər. Əgər distant təhsildən söhbət gedirsə, burada müəllimlərin dərs saatında ciddi dəyişiklik olmayacaq, çünki həmin qrupun eyni vaxtda cəmlənməsi nəzərdə tutulur. Əgər növbəli şəkildə tədrisin təşkilindən söhbət gedirsə, bu halda, müəllimlərin dərs yükü arta bilər və bu da təhsil müəssisələrinin özləri tərəfindən tənzimlənəcək”.

    Yenisabah.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR