AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmək bazarı və beyin köçü

  • + A
  • - A
  • 18-10-2023, 20:02

    Əmək bazarı və beyin köçü

    Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı araşdırmasında deyilir ki, son dövrlər iş yerlərində rəqəmsal texnologiyaların tətbiqi sabit şəkildə artmaqdadır. Bu baxımdan, artıq qlobal bazarlarda rəqabət aparmaq üçün aşağı xərcli işçi qüvvəsinə sahib olmaq yetərli deyil. Daha dayanıqlı iqtisadi inkişafa sahib olmaq üçün ixtisaslı işçi qüvvəsinin inkişafına ciddi tələb var. Azərbaycan iqtisadiyyatı ilə bağlı əsas çağırışlardan biri məhz ixtisaslı kadr çatışmazlığır.
    Bu problemi ortadan qaldırmaq üçün ölkənin təhsil sistemində ciddi dəyişikliklərə ehtiyac var. Azərbaycanda təhsilin keyfiyyətinin müasir tələblərə adekvat olmamasını həm şagirdlərin daxili imtahan nəticələri, həm də azərbaycanlı şagirdlərin qatıldığı beynəlxalq qiymətləndirmələr sübut edir.
    İxtisaslı kadrların azlığı ilə yanaşı, ölkədən beyin axınının sürətlənməsi problemi biraz daha kəskinləşdirir. Bu il təkcə mənim tanıdığım və indi düşünəndə ağlıma gələn 16 nəfər gənc və ixtisaslı kadr ölkədən birdəfəlik gedib. Bu insanlar niyə Azərbaycanı tərk edir? Bu tendensiyanı dəyişmək üçün nələri dəyişməliyik?
    Ekspertlərlə mövzuya qayıdacağıq.
    Məqalədə Çəpəki teleqram kanalındakı məqalədən istifadə olunub


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR