15 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) baş tutan görüşdə qonaqlara “ASAN xidmət”in və EHİM-in fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət” və EHİM-in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi və rəqəmsal hökumətin inkişafı sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüşdə 2020-ci ilin 25 fevral tarixində Bakı şəhərində Dövlət Agentliyi və Rəqəmsal Transformasiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçirilən işlər və planlanan layihələr müzakirə olunub.
Qonaqlar, həmçinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.