Pakistanın Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.
Bu barədə "Sinhua" agentliyi regionun təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadən xəbər verib.
Məlumata əsasən, mədəndə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan 3-nün vəziyyəti ağırdır.
Bildirilir ki, partlayışa səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.