Tacikistanda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb
Özbəkistan Ali Məclisi Senatının sədri bildirib ki, qarşıdakı dövrdə də iki ölkənin qanunverici orqanları arasında yüksək səviyyəli əməkdaşlıq və sıx təmaslar davam etdiriləcək.
Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub.
Qeyd edilib ki, xalqlarımız arasında oxşar dini və mənəvi dəyərlər, dil birliyi əlaqələrimizin daha da genişlənməsinə böyük töhfələr verir.
Spiker Sahibə Qafarova Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələr müstəqillik əldə etdikdən sonra yeni mərhələyə yüksəldiyini diqqətə çatdırıb. Tərəflər ölkələr arasında bir çox sahələri əhatə edən geniş əlaqələrin inkişafında ölkə başçılarının rolunu xüsusi qeyd ediblər.
Söhbət zamanı dost ölkələr arasında əməkdaşlığın dinamik inkişafının qanunvericilik orqanları arasında da əlaqələrin daha da genişlənməsini şərtləndirdiyi diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular haqqında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.