AzadMedia

Rusiyanın məşhur səhifəsi Firdovsi Umudovun görüntüsünü paylaşdı - Video

  • + A
  • - A
  • 11-09-2020, 14:18

    Rusiyanın məşhur “Wrestling_Russia” səhifəsi İnstaqram hesabında sərbəst güləş üzrə Azərbaycan yığmasının sabiq böyük məşqçisi Firdovsi Umudova aid görüntüləri paylaşıb. AzadMedia.az xəbər verir ki, səhifə məşqçinin 2015-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirilən Dünya Kubokunda 3-cü yer uğrunda Rusiya ilə gərgin mübarizədə keçirilən matçdan həyəcanlı anlarını yayımlayıb.

    Ruslar videonu “Güləş üzrə məşqçi ilə ancaq güllə atıcılığı məşqçisi mübahisə edə bilər” başlığı ilə paylaşıb.

    Qeyd edək ki, sözügedən Dünya Kuboku yarışında sərbəst güləş üzrə Rusiya və Azərbaycan pəhləvanlarının qarşılaşması baş tutmuşdu. 3-cü yer uğrunda görüşdə sərbəst güləşçilərimizdən ibarət yığmamızın üzvü Cəmaləddin Məhəmmədovun rəqibi Timur Kotsoev üzərində yalnız böyük xal üstünlüyü ilə təmiz qələbəsi ölkəmizi Dünya Kubokunun üçüncüsü edə bilərdi.

    Ermənilərin də Rusiyanı dəstəklədiyi həmin qarşılaşmada C.Məhəmmədov 12:1 hesablı qələbə ilə komandamıza bürünc medalları qazandırdı.

    Komandamızın bu qələbəsi zalda görüşü izləyən erməniləri məyus etdi.

    Sözügedən həyəcanlı görüşdən sonra həmin ildə sərbəst güləş üzrə milli yığma komandanın böyük məşqçisi, hazırda isə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov möhtəşəm qələbə sevinci ilə bütün zalın, eyni zamanda dünya idman ictimaiyyətinin diqqətini cəlb etmişdi.

    Rusiya idman cameəsi də F.Umudovun bu sevincinə marağını gizlədə bilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR