AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"McDonalds"a SƏRT TƏPKİ: - “Ya yanımızda ol, ya da şələ-şüləni yığ!”

  • + A
  • - A
  • 30-10-2020, 10:19


    Bir müddət öncə “McDonalds” restoranlar şəbəkəsi sosial şəbəkə hesabında “Qarabağ Azərbaycandır” şüarını əks etdirən foto paylaşıb. Lakin şirkət erməni lobbisinin təzyiqindən sonra həmin paylaşımı silib. Və bu hal Azərbaycan ictimaiyyətində sərt təpki ilə qarşılanıb. “McDonalds”la bərabər “BurgerKing”, “PapaJohns” restoranlar şəbəkəsinin də erməni lobbisinin təzyiqinə məruz qaldığı iddia olunur. Artıq sosial şəbəkərlərdə adı çəkilən biznes sturukturlarının boykot edilməsinə dair çağırışlar yer alır.

    “Erməni lobbisi bizdən güclü deyil, “Bu restoranlardan heç nə almayın, alacağınız qidanın pulunu ordumuza dəstək fonduna köçürün” kimi fikirlər səsləndirilir. İndiki həssas dönəmdə ölkəmizdə milyonlar qazanan şirkətlərin belə davranışı, təbii ki, qəbuledilməzdir.

    Məsələ barədə “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı adıçəkilən restoranlara sərt təpki verilməsinin tərəfdarıdır:

    “Dağlıq Qarabağ savaşında Azərbaycanı müdafiə etməyən istənilən xarici şirkətləri, ticarət şəbəkələrini boykot etmək lazımdır. Başqa çıxış yolu yoxdur. Belə ağrılı və çətin bir zamanda bu şirkətlərin ölkəmizdə qazanc əldə etməsi yolverilməzdir”

    Sosioloq-alim Əhməd Qəşəmoğlunun fikrincə, “McDonalds” kimi biznes sturukturları başqa dəyərlərlə yaşayırlar. Onların üstünlük verdiyi əsas dəyər biznes maraqları, götürdükləri maddi gəlirdir:

    “Dəfələrlə qeyd etmişəm ki, maddi dəyərlər öndə olanda mənəvi dəyərlər arxa plana keçir, yox olur. Belə restoranlar şəbəkəsi də ancaq və ancaq maddi qazanclarını güdürlər. Görünür, “McDonalds”ın əvvəlcə müsbət reaksiya verib paylaşım etməsində yerli işçi və sturukturların rolu olub. Lakin bilirik ki, xarici biznes sturukturlarında ermənilər çox olur. Çünki harda pul varsa, ermənilər də tez bir şəkildə özlərini ora yerləşdirirlər. Sovet dövründə Azərbaycanda harada pul gələn yer var idisə, ermənilər də orada olurdular. “McDonalds” restoranlar şəbəkəsində də ermənilərin çox olduğuna şübhə etmirəm. Ona görə də dərhal hərəkətə keçib, paylaşım üçün güclü təzyiq göstəriblər. Beləliklə paylaşılan şəkil sonrada silinib”.

    “Belə məqamda Azərbaycan hansı reaksiyanı verməlidir?” sualına gəlincə, sosioloq vurğulayıb ki, artıq dünyada hər bir sahədə aydın fikir və yanaşma olmalıdır:

    “Ümummili lider Heydər Əliyevin də dediyi kimi, hər kəs mövqeyini açıq şəkildə ortaya qoymalıdır. Azərbaycan üçün belə ağır və həssas durumda “McDonalds” və ölkəmizdən faydalanan digər biznes şəbəkələri yanımızda olmalıdır. Olmurlarsa, şələ-şüləsini yığışdırıb rədd olsunlar. Təpki və təzyiqlərimizi göstərməliyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR