AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Əsədov: “Bir qarış torpağımızın belə işğalı ilə heç vaxt barışmayacağıq”

  • + A
  • - A
  • 6-11-2020, 20:40


    Azərbaycan tərəfi ardıcıl olaraq bütün səviyyələrdə gələcəkdə erməni və Azərbaycan icmalarının Dağlıq Qarabağ ərazisində dinc yaşamalı olduqlarını bildirib. Necə ki, minlərlə üzvü olan erməni icması Bakı da daxil olmaqla Azərbaycanın digər yaşayış məntəqələrində, eləcə də Rusiyada və MDB-nin, habelə dünyanın digər ölkələrində dinc yaşayırlar.

    Bu sözləri Özbəkistan Respublikasının təşəbbüsü ilə MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında keçirilmiş iclasında Baş nazir Əli Əsədov deyib.

    Ə.Əsədov bildirib ki, biz erməni xalqına qarşı müharibə aparmırıq, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad edirik:

    “Yeganə hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq azad edilməsi və bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar edilməsidir. MDB-yə üzv olan dövlətlər tərəfindən bir-birlərinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi 1991-ci il Alma-Ata Bəyannaməsi də daxil olmaqla Birliyin təməl sənədlərində təsbit edilib”.

    Baş nazir həmçinin vurğulayıb ki, Azərbaycanın heç vaxt bir qarış özgə torpağına iddiası olmayıb:

    “Eləcə də, bir qarış torpağımızın belə işğalı ilə heç vaxt barışmayacağıq. Bu, bizim prinsipial mövqeyimizdir və bu məsələdə biz sona qədər gedəcəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR