AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - “Qarabağ Dirçəliş Fondu”nun yaradılması Qarabağın qalxınmasında mühüm rol oynayacaqdır

  • + A
  • - A
  • 5-01-2021, 06:10

    Politoloq Ülkər Piriyeva - “Qarabağ Dirçəliş Fondu”nun yaradılması Qarabağın qalxınmasında mühüm rol oynayacaqdır

    Cənab Prezident “Qarabağ Dirçəliş Fondu” yaradılması ilə bağlı fərman imzaladı. “Qarabağ Dirçəliş Fondu” Qarabağın qalxınmasında mühüm rol oynayacaqdır.

    Bu barədə, AzadMedia.az-a açıqlamasında Politoloq Ülkər Piriyeva bildirib.

    "Hər birimizə və bütün dünyaya məlumdur ki, cənab prezident İlham Əliyev milli məsələlərdə qətiyyən güzəştə getməyən ölkə rəhbəridir.
    Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən Şanlı Qələbə gününə kimi, hakimiyyətinin 17 ili ərzində hər daim usanmadan, heç bir vəchlə güzəştə getmədən Dağlıq Qarabağ məsələsində düşmən tərəfinə və onun havadarlarına qarşı dayanmadan qətiyyətlə mübarizə apardı və beləliklə ölkəmizin haqqa və ədalətə dayanan səsini əzəmətli liderliyi və üstün diplomatiyası ilə istər hərb meydanında və istərsə də, siyasət meydanında bütün dünyaya çatdırdı. Belə ki, cənab prezident Vətən savaşına kimi beynəlxalq arenalardan dəfələrlə bütün dünyaya bəyan eləmişdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkəmiz bu məsələdə heç vaxt güzəştə getməyəcəkdir.
    Ali Baş Komandanımız Zəfər qazanmış hərbi lider olmaqla bərabər əzəmətli siyasi liderdir. Əlbəttə ki, bütün bunlar cənab Prezidentin potensialının sərhədsiz olduğunun göstəricisidir. Çünki ölkə rəhbərimiz həll olunması qeyri-mümkün belə görünən məsələlərdə misilsiz diplomatik liderliyi ilə və qətiyyətli addımları ilə məsulliyəti tam olaraq öz üzərinə götürərək məqsədinə tam şəkildə nail olur. Və biz bunu Azərbaycan xalqı olaraq 44 günlük Şanlı Zəfər tariximizi onun Ali Baş Komandanlığında müzəffər Ordumuz yazarkən də canlı şahidi olduq.
    Prezident İlham Əliyev, qətiyyətli ölkə başçısı siyasi lider olaraq, Azərbaycan dövlətinin məsuliyyətini daşımaqla yanaşı, qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir. Cənab prezident Zəfərlə bitən Vətən müharibəsində də bir daha sübut etdi ki, o, hər şeyi doğru zamanda və doğru şəkildə edir.
    Bəli, 2020-ci il Azərbaycanda İkinci Qarabağ Müharibəsi ili və Vətən Müharibəmizdə xalqımızın Qələbə ili kimi yadda qaldı. Hələ, əsrlərlə danışılacaq olan və tarixə əbədi olaraq iz salan Şanlı Qarabağ Zəfəri kimi, təbii ki..
    Belə ki, 2020-ci ilin əvvəli nisbətən sakit başlamış olsa da, Qarabağ ətrafında hadisələr həm hərbi, həm də siyasi baxımdan aktiv keçdi və nəticə etibarilə, güclü Liderimizin siyasi diplomatiyası, rəşadətli Ordumuzun qəhrəmanlığı ilə xalqımız 30 illik nisgilə son verdi, illərin həsrətini sona yetirərək Tarixi Zəfərlə doğma torpaqlarını mənfur Ermənistan işğalından azad elədi və beləliklə Azərbaycan xalqı, öz tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoymuş oldu. Əlbəttə ki, bütünlükdə bu Qələbəmiz müasir və müstəqil dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişi idi. Sözsüz ki, illərdir düşmən tərəfindən maddi və mədəni sərvətləri viran qoyulmuş, talan edilmiş torpaqlarımızın yenidən tərəqqi yoluna və yenidən özünə və özəlliklə də, həyata qaytarılması dövlətimizin siyasi-iqtisadi suverenliyinin güclənməsinin və daha da, qüdrətlənməsinin əhəmiyyətli dayaq nöqtələrindən biri olacaqdır.
    Bununla bərabər, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma, iqtisadi fəallıq, bərpa və quruculuq işləri ölkə iqtisadiyyatımızn mühüm tərkib hissəsi olmaqla yanaşı, Qarabağımızın qalxınmasında böyük rol oynayacaq və bu vəsilə ilə də, bütün bu tərəqqi yolunda görüləcək işlər Azərbaycanımızın gündən-günə çiçəklənməsi və inkişafı yolunda yeni və vacib bir dövr olacaq. Bu məqsədlə, azad etmiş olduğumuz Qarabağımızda quruculuq və bərpa işlərinin aparılması istiqamətində hər bir şəxsin sərgiləyəcəyi dəstək Azərbaycançılıq ideologiyası ətrafında bundan sonra da, daha da sıx birləşməmizə və güclü, qüdrətli Azərbaycan naminə ən mühüm töhfə olacaqdır.
    Elə bu minvalla təxminən bir ay öncə cənab Prezidentin ölkəmizin ərazi bütövlüyü uğrunda yaralananların və həlak olanların ailələrinin təminatına dəstək üçün "YAŞAT" Fondu yaradılması barədə fərman imzalaması da bu saydıqlarımızın həyata keçirilməsi yolunda bariz nümunədir.
    Qeyd edim ki, YAŞAT fondu yaralıların və həlak olanların sosial müdafiəsi sahəsində dövlətin apardığı tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf və əlçatan platforma rolunu həyata keçirməkdədir.
    Eyni zamanda Cənab Prezidentin 4 dekabr, 2020-ci il tarixli Fərmanla “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması kimi mühüm addımı da Qarabağımızın dirçəlişi, qalxınması və yenidən həyata dönüşü istiqamətində ən ümdə addımdır.
    Bildirmək istərdim ki, Fond Qarabağımızın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxs rolunu reallaşdıracaqdır.
    Eyni zamanda, Qarabağ Dirçəliş Fondu xalqımızın dayanıqlı şəkildə yerləşməsi və məskulaşması, təhlükəsiz yaşaması, səmərəli fəaliyyəti və rifahının davamlı artması yönündə publik hüquqi şəxs rolunu həyata keçirəcəkdir.
    Və xüsusilə də, Qarabağımızın qalxınması istiqamətində istər ölkə daxilində və istərsə də, ölkə xaricində yaşayan hər bir soydaşımızın və ürəyində Odlar Yurdu Azərbaycanımızın istiliyini hiss edən hər bir qardaş-dost ölkələrdən olan vətəndaşların da bu gözəl addımda hər daim dəstəkçi olacağını qeyd etmək istərdim.
    Çünki, qardaş ölkə Türkiyədə əsası qoyulan Anadolu ASİAD İş dünyası dərnəyinin Azərbaycan təmsilçisi olaraq, Şanlı Zəfər tariximizdən bugünədək iş adamları ilə etdiyim bir çox görüşmələrə əsasən və eyni zamanda, Türkiyəli tanınmış iş adamı Yücel Yalçınkayanın başqanlığında bizim fəaliyyət göstərdiyimiz ASİAD dərnəyi və bura üzv olan qardaş Türkiyəli iş adamları da başda olmaqla, dünyanın bir çox dost ölkələrindən olan iş adamları artıq Qarabağımızın qalxınması və dirçəlişi istiqamətində nə lazımdırsa, gərəkli addımların atılması istiqamətində əllərindən gələn töhfələri verəcəklərindən əminliyimi ifadə etmək istərdim.."


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR