AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Seynur Əsgərli - "Öz xalqına, Vətəninə və dövlətinə bağlı Azərbaycan Gəncliyi" - Reportaj

  • + A
  • - A
  • 2-02-2021, 08:14

    Politoloq Seynur Esgerli


    Politoloq Seynur Esgerli, AzadMedia.az-da Ülkər Piriyevaya verdiyi müsahibədə, ölkə gənclərimizi "2 Fevral Gənclər günü" münasibətilə təbrik edib.

    "Bu gün, Gəncliyimiz sözün əsl mənasında, mütəşəkkil qüvvəyə çevrilib, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəaldırlar. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etdilər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu reallaşdı
    Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında" Sərəncamı bütün gənclərimizdə böyük ruh yüksəkliyinə səbəb oldu.
    "Öz xalqına, Vətəninə və dövlətinə bağlı Azərbaycan gəncliyi"

    Fəxrlə qeyd edə bilərik ki, ölkəmizdə həm mənəvi, həm də fiziki cəhətdən hər tərəfli sağlam gənclər yetişməkdədir. Gənclərimiz elm, mədəniyyət, iqtisadiyyat, səhiyyə və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Üç rəngli bayrağımızı yüksəklərə qaldırırlar. Onlar nəyinki mötəbər yarışların, onlar həm də qüdrətli Ordumuzun Şərəfli qəhrəmanlarıdır. Məhz, Ali Baş Komandanımızın rəhbərliyi altında o vətənpərvər məğrur gənclərimiz-müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad elədi. Biz gəncliyimizlə fəxr edirik.

    Bəli, qətiyyətlə deyə bilərik ki, Ordumuzun sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərimizdir. Gəncliyimiz Ümummilli liderimizin Azərbaycançılıq ideologiyasına hər zaman sadiq vətənpərvər vətəndaşdırlar. Onlar Ana vətən, xalq, dövlət qarşısında öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirdilər. 44 günlük Şanlı tariximizi yazan bütün şəhidlərimizə, şəhid olan o gənclərimizə Allahdan rəhmət diləyirik, gazilərimizə Allahdan şəfa diləyirik..

    Gəncliyimiz ölkəmizin gələcəyidir, onlar ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunurlar. Elə bu sayədə gənclərimiz milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda formalaşır, ordudan sonra cəmiyyətə əsl vətənpərvərlər kimi inteqrasiya olunurlar.
    Cənab Prezidentimiz və Xalqımız gəncliyimizə inandı və onlar da bu inamı, bu etimadı layiqli şəkildə doğrultdular..
    Vətənimizə, xalqımıza, ölkəmizə, dövlətimizə sədaqətlə xidmət Gəncliyimizi daim yaşadacaq və onlara cəmiyyətimizdə özlərinə layiq, istədikləri yeri tutmağa imkan verəcəkdir.

    Bəli, 2 fevral gənclər üçün ənənəvi olaraq hesabat günüdür. İllər öncə, bu tarixdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə müstəqilliyini yeni qazanmış Azərbaycanda Gənclərin I Forumu keçirildi. Bununla, Ulu Öndər gəncləri ölkənin həyatında, dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında fəal iştiraka çağırdı, onların ölkəmizin gələcək inkişafında xüsusi rolunu vurğuladı. Azərbaycan gəncliyi də bu çağırışa layiq olduğunu bütün fəaliyyəti ilə hər bir sahədə və eyni zamanda Şanlı Zəfər tariximiz ərəfəsində bir daha təsdiq elədi.

    Əlbəttə ki, Ulu Öndər siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Bu sahədə ardıcıl və davamlı layihələr həyata keçirilir. Hüquqi baza və infrastruktur formalaşıb və təkmilləşir, yeni iştirakçılıq formaları yaranır və dəstək alır, gənclərin beynəlxalq əməkdaşlığı hər sahədə güclənir. Bütün bunlar sözsüz ki, ölkə rəhbərliyinin gənclərimizə olan diqqət və qayğısının nəticəsidir.

    Əziz gənclər bayramınız mübarək olsun!"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR