AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkəmizdə virusa qarşı mübarizə strategiyasının düzgün aparılması ÜST-ün diqqətindədir

  • + A
  • - A
  • 7-04-2021, 10:48

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub.

    Cənab Prezident müraciətinə 1950-ci ildən etibarən hər il aprelin 7-ni ölkəmizdə Ümumdünya Sağlamlıq Günü kimi qeyd etməyimizlə başlayıb, bu il sağlamlığın əhəmiyyətinin daha da artmasını xüsusi qeyd etdi. Çünki müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir. Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olma yolunda əsas işlərə başlanılıb, Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

    Təəssüf ki, COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir.

    Cənab Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik.

    Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub, - deyən ölkə başçısı peyvəndlərin qeyri-bərabər paylanmasını bir daha duqqətə çatdırdı: "Peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək".

    Tədbir iştirakçılarının nəzərinə Azərbaycanın COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olduğunu çatdıran Prezident bütün beynəlxalq ictimaiyyətin bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözlədiyini vurğuladı. Çıxışının nikbin sonluqla bitirən ölkə rəhbəri pandemiyanın öhdəsindən yalnız birlikdə gələcəyimizi və normal həyata qayıdacağımızı bildirdi.

    Tedros Adhanom Qebreyesusun cənab Prezidentə təşəkkür etməsi, ölkə rəhbərinin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışlaması və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikri ilə razılaşması, Azərbaycanın ölkə olaraq virusa qarşı müalicə strategiyasının düzgün aparılmasını təsbit edir. COVAX da uzun müzakirələrdən və haqlı qınaqdan sonra Azərbaycana vaksinlərin göndərilməsi prosesinə başlayıb. Atrıq yaşından asılı olmayaraq əksər iş yerlərində kütləvi vaksinasiya aparılır. Bu, onu deməyə əsas verir ki, normal həyata dönüşümüz çox yaxındadır. Çox təkrarlansa da, sonda vətəndaşları özlərini qorumağa, vaksinasiyada fəal olmağa səsləyirəm. Cənab Prezidentin qeyd etdiyi kimi, biz virusa birlikdə qalib gələcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR