AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Analıq məzuniyyətinə sığorta haqqı hesablanır? - AÇIQLAMA

  • + A
  • - A
  • 9-04-2021, 13:12


    Məcburi Dövlət Sosial Sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedən vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi qaydası haqqında əsasnamə var.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı “Analıq məzuniyyətinə görə 3 faiz sığorta haqqı tutulmalıdırmı?” sualına cavab verərkən deyib.

    O bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən həmin əsasnamənin 116-cı maddəsinə görə, hamiləliyə və doğuşa görə müavinətlərdən heç bir ödəniş tutulmur:

    “Eyni zamanda Sosial Sığorta haqqında Azərbaycan Respublikasının qanununun 15-ci maddəsində də qeyd olunub ki, sığortanın vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətdən sosial sığorta haqqı tutulmur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR