Aprel ayının 30-da “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılmasına dair seçkilərə start verilib. Seçkilər Birliyin inzibati binasında səhər saat 11:00-dan başlayır və saat 16:00-dək davam edəcək. Namizədlər arasında ölkənin ictimai həyatında kifayət qədər nüfuzu olan tanınmış vətəndaş cəmiyyəti institutu və media nümayəndələri yer alır. “Azəriqaz” İB ilk dəfə olaraq seçki prosesinin “Facebook” sosial şəbəkəsi üzərindən birbaşa yayımla geniş auditoriyaya təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, seçki prosesinə 2021-ci ilin fevral ayının 16-dan başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı mart ayının 19-dək davam edib. Ümumilikdə “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya 11 üzv yerinə 17 namizəd irəli sürülüb. Sonrakı mərhələdə səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı aparılıb və hazırda 71 nəfər səsvermə hüququ əldə edib. Əlavə olaraq qeyd edirik ki, İctimai Şuranın yaradılması ilə bağlı fəaliyyət göstərən Seçki Komissiyası ortalığa çıxan bəzi anlaşılmazlıqlar və texniki problemlərə dərhal reaksiya göstərib və qısa zamanda həmin çətinliklər aradan qaldırılıb.
“Azəriqaz” İB qaz təchizatı sahəsində göstərdiyi xidmətlər üzrə abonent məmnuniyyətinə nail olunmasını, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasını, ictimaiyyətlə səmərəli, qarşılıqlı və faydalı əlaqələrin qurulmasını prioritet vəzifə kimi qəbul edir. İctimai Şura məşvərətçi bir təsisat olmaqla Birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklər, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.