AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər təsdiqlənib

  • + A
  • - A
  • 4-05-2021, 12:42

    “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər təsdiqlənib

    Milli Məclis “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin 3-cu oxunuşda təsdiqləyib.
    AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında qəbul edilib.
    1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklərdə məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həm də dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.
    Bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.
    Qanun layihəsində təsbit olunan norma və qaydaların, xüsusən dini ekstremizmin təbliğinə və siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyətin qadağan edilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, bununla bağlı qanunvericilikdə mülki və cinayət məsuliyyəti mövcuddur, bu baxımdan müzakirəyə çıxarılan layihədə dəqiq mexanizmlərin nəzərdə tutulması müsbət haldır.
    Qanun layihəsinə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir və qanunla uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur.
    Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR