2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsi və illik hesabat hazırdır.
Bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Hesablama Palatasının Kollegiya iclasında həmin sənəd müzakirə edilib.
İclasda Hesablama Palatasının həmin hesabata verdiyi rəy barədə müzakirələr aparılıb.
2020-ci ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə ətraflı təhlil aparılıb. Nəticə və tövsiyyələr verilib.
Kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin təsdiq edilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.