AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar Universitetdə yeni buğda sortları: “ADAU-100” və “Nurcahan”

  • + A
  • - A
  • 31-05-2021, 15:10


    Aqrar Universitetdə yeni buğda sortları: “ADAU-100” və “Nurcahan”

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) iki yeni yumşaq buğda sortu “ADAU-100” və “Nurcahan” rayonlaşdırılaraq dövlət reyestrində qeydiyyata alınıb.
    Azadmedia.az xəbər verir ki, ADAU-da hazırda yeni əldə edilmiş buğda sortlarının toxum fondunun yaradılması, fermer təsərrüfatlarında və tədris-təcrübə sahələrində əkilməsi prosesi həyata keçirilir.
    ADAU-nun professoru Firudin Qurbanov AZƏRTAC-a açıqlamasında deyib ki, əldə edilmiş yeni sortlar yüksək məhsuldarlıq göstəricilərinə, biotik və abiotik amillərə qarşı davamlılığına, keyfiyyətinə və alçaqboylu olmasına görə digər sortlardan fərqlənir.
    “Universitetdə apardığımız uzunmüddətli təcrübələr və sınaqlardan sonra alınmış yeni iki sort Dövlət Sort-Sınaq Komissiyası tərəfindən 3 il ərzində sınaqdan keçirilib və rayonlaşdırılaraq yüksək qiymətləndirilib. Bizim məqsədimiz toxumçuluğun elmi əsaslarla təşkili, bioloji cəhətdən təmiz toxumların istehsalı texnologiyasının təkmilləşdirilməsi və onun iqtisadi səmərəliliyinin araşdırılması, toxum təhlükəsizliyi mexanizminin təmin edilməsi metodunun işlənməsi, yeni yaradılmış məhsuldar sortların fermer təsərrüfatlarına sürətlə tətbiqinə nail olmaqdır”, - deyə F.Qurbanov bildirib.
    Qeyd edək ki, Aqrar Universitetdə “ADAU-80”, ”Gəncə”, “Məhsuldar” adlı qarğıdalı sortları və “Qismət” tritikale kimi taxıl sortları rayonlaşdırılaraq dövlət reyestrində qeydiyyata alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR