Yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılacaq.
AzadMedia.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində müxtəlif növ yeyinti məhsullarının saxlanılmasına, daşınmasına, realizə olunmasına, markalanmasına və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, bu göstəriciləri təsdiq edən müşayiətedici sənədlər, həmçinin ümumilikdə yeyinti məhsullarının saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluq vəziyyəti araşdırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.