AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı şəhər Heydər Əliyev Mərkəzində 600-dən çox bal toplayan abituriyentlərlə görüş keçirilib

  • + A
  • - A
  • 17-09-2021, 00:37



    16 sentyabr 2021-ci il tarixdə pandemiya dövrünün tələbləri gözlənilməklə Masallı şəhər Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərlə görüş keçirilib.

    Öncə, Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.


    Azadmedia.az-ın məlumatına görə, tədbiri açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov məlumat verib ki, 2020-2021-ci tədrisilində məktəbləri bitirmiş 1473 məzundan 598 nəfəri ali məktəblərə qəbul olunub.



    Onlardan 371 nəfəri oğlan, 227 nəfəri qızdır.26 nəfər şagird ali məktəblərə qəbul imtahanlarlında 600-dən yuxarı, 75 şagird isə 500-600 arası bal nəticə göstərib.

    600 baldan yuxarı nəticə göstərən 26 şagirdin 16 nəfəri oğlan, 10 nəfəri isə qızdır.

    Tariyel Əkbərov qeyd edib ki, pandemiya dövrünə baxmayaraq şagirdlərimiz yüksək nəticə göstəriblər.
    Çıxışının sonunda Əkbərov yüksək nəticə göstərmiş abituriyentləri təbrik edərək onlara uğurlar arzulayıb.



    Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi təbrik ediblər. Onlara yeni başladıqları tələbə həyatında uğurlar və yüksək nailiyyətlər arzulayıblar.



    Yüksək bal toplayıb tələbə adını qazanan Nəzrin Həmzalı, Aytac Qafarova, Mirzə Əjdərli. Səfər Cəfərli, şəhid mayor Anar Novruzovun qızı Firuzə Novruzova çıxış edərək göstərilən diqqət və qayğıya, müasir təhsilin nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, tədbir öncəsi Ümummilli liderin abidəsinin önünə gül dəstələri qoyulub.



    Eyni zamanda, tələbələr Heydər Əliyev Mərkəzində müstəsna xidmətləri ilə əbədilik qazanmış Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi ilə və məktəblilərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olublar.



    Tədbirin yekununda 600-dən yuxarı bal toplayan tələbələrə Masallı Rayon İcra Hakimiyyəti Başçısının, ATİAHİ Masallı rayon komitəsinin hədiyyələri təqdim olunub.

    Sonda tələbələrlə xatirə şəkli çəkdirilib.














    Xəbər-Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR