AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

  • + A
  • - A
  • 26-12-2022, 16:56

    Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

    Dekabrın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
    İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə bir məsələ - “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) daxil edilib. Qanun layihəsinin əhəmiyyətindən danışan komitə sədri, birinci oxunuşundan sonra bu layihə üzərində gedən iş barədə məlumat verib. Bildirib ki, məsələ artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin geri qaytarılması mexanizmləri ilə bağlıdır. Komitə sədri vurğulayıb ki, sənəddə pensiyaçıların mənafeyi və sosial müdafiəsinin qorunması, ədalətlilik və humanizm prinsipləri əsas götürülüb.
    Sonra layihə barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, qanun layihəsi əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədilə hazırlanıb.
    İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna ediləcək dəyişikliklər kifayət qədər balanslı, ədalətli, birbaşa vətəndaşa yönəlmiş bir yanaşmadır. Bu dəyişikliklərdə sosialyönümlü dövlət konsepsiyası rəhbər tutularaq vətəndaşlara, pensiyaçılara yönəlik müsbət bir addım atılır.
    Çıxış edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanov qanun layihəsi ilə bağlı ekspert rəyini təqdim edib.
    Qanun layihəsinin müzakirəsində parlamentin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitənin üzvləri İlham Məmmədov, Aqil Məmmədov, Əziz Ələkbərov, Sevinc Hüseynova, Arzu Nağıyev, Vüqar Bayramov, Rauf Əliyev, Soltan Məmmədov və Ziyad Səmədzadə çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.
    Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputatların suallarını cavablandırandan sonra qanun layihəsi ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR