AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri beynəlxalq ictimaiyyətə səsləndi

  • + A
  • - A
  • 14-04-2023, 14:55

    Milli Məclisin sədri beynəlxalq ictimaiyyətə səsləndi

    Milli Məclisin sədri beynəlxalq ictimaiyyətə səsləndi: “Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmalı və ona lazımi qiymət verməlidirlər”

    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı, beynəlxalq təşkilatları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb.
    Sahibə Qafarova diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxlayıb. Dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR