AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edildi

  • + A
  • - A
  • 24-05-2023, 20:53

    "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun  layihəsi müzakirə edildi

    Azadmedia.az xəbər verir ki, Parlamentin bu gün keçirilən komitə iclasında 2022-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub
    2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat təqdim edildikdən sonra İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ötən ilin makro-iqtisadi çərçivəsi, proqnoz göstəriciləri, iqtisadi artım barədə məlumatı, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkənin 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatla bağlı Palatanın rəyini diqqətə çatdırıblar.
    Məsələ ətrafında gedən müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Rüfət Quliyev, Vahid Əhmədov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Məşhur Məmmədov, Məzahir Əfəndiyev fikirlərini açıqlayıblar. Millət vəkilləri 2022-ci ilin dövlət büdcəsinin uğurla icra edildiyini, ölkədə makro-iqtisadi sabitliyin nəzarət altında olduğunu bildiriblər. Qeyd edilib ki, sənədin hazırlanmasında şəffaflıq, hesabatlılıq, beynəlxalq öhdəliklərlə bağlı uyğunluğun təmin edilməsi kimi şərtlərə əməl olunub.
    Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səsləndirilən sualları ətraflı cavablandırıblar, qaldırılan bəzi məsələlərə aydınlıq gətiriblər.
    Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
    Sonra iclasda “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi təqdim edilib.
    Bildirilib ki, Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş cari il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.
    Qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    İclasda, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri də nəzərdən keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR