Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində biri siyası xadim olmaqla 7 nəfər həlak olub.
Azadmedia.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Bəlucistanın Keç bölgəsində yol kənarına yerləşdirilmiş uzaqdan idarə olunan bomba mülki avtomobil keçərkən partladılıb.
Belə ki, Bombalı hücumda aralarında Bəlucistan Xalq Partiyasından (BAP) İshaq Yakub da daxil olmaqla 7 nəfər həyatını itirib.
Həmçinin, hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Bundan əlavə, Şimali Vəziristan bölgəsində səhər radələrində baş verən bombalı hücumda ər və arvad olmaqla iki mülki şəxs həlak olub.
Son aylar ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.
Qeyd edək ki, İslamabad bu hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə edildiyini iddia edir, Əfqanıstan isə bunu rədd edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.