Həbsxanada aclıq elan edən keçmiş prezident Mixail Saakaşvilinin səhhəti pisləşir.
Azadmedia.az xəbər verir ki, bu barədə Saakaşvilinin səhhətini yolxlamaq üçün Ombudsman tərəfindən göndərilmiş mütəxəssislər qrupunun hazırladığı hesabatda qeyd olunub.
Belə ki, məlumata görə, Saakaşviliyə qanda leykositlərin azalması diaqnozu qoyulub, sümük iliyində problemlərin də yarandığı bildirilib.
Qeyd edək ki, mütəxəssislər bildiriblər ki, keçmiş prezidentin müalicəsi ilə bağlı şikayətləri yoxdur, amma onun səhhətinin pisləşməsi dinamikası hələ də qalır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.