ABŞ-nin Beyrutdakı səfirliyinin binasına atəş açılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Belə ki, hadisə nəticəsində xəsarət alanlar və atəşin hansı silahdan açıldığı barədə məlumat verilməyib.
Həmçinin silahlı hücumu həyata keçirənlərin kimliyi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, 39 il əvvəl, yəni 20 sentyabr 1984-cü ildə də ABŞ-nin Livandakı səfirliyinə minalanmış avtomobil vasitəsilə hücum olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.