İsrailə məxsus döyüş təyyarələri Qəzzanın blokada altında olan Əl-Bureyc və Cəbəliyyə bölgələrində "Həmas"ın iki müşahidə məntəqəsinə hava hücumu həyata keçirib.
Hədəf nöqtələri "Həmas"ın hərbi qanadı Qəssam Briqadaları tərəfindən Qəzzanın şərq sərhədinə nəzarət etmək üçün istifadə olunur.
"Həmas" məsələ ilə bağlı açıqlama verməsə də, İsrail ordusunun verdiyi məlumatda sözügedən hücum təsdiqlənib.
Məlumatda “İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı şiddətli iğtişaşların baş verdiyi Büreyc və Cəbəliyyə bölgələrində "Həmas"a məxsus iki hərbi məntəqəni bombaladığı” bildirilib. Həmçinin, “Qəzza sərhədində təhlükəsizlik hasarının yaxınlığındakı hərbi qüvvələrə qarşı xaosun yaşandığı bölgədən atəş açıldığı” iddia edilib.
Digər tərəfdən, mühasirəyə alınan Qəzza zolağının sərhəd bölgəsində fanatik yəhudilərin Əl-Əqsa məscidinə basqın etməsinə etiraz olaraq nümayiş keçirən fələstinlilərə İsrail qüvvələrinin atəş açması nəticəsində yaralananların sayı 6-ya yüksəlib.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.