AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rüşvətə görə tutulan hərbi komissar hakim qarşısına çıxarılır

  • + A
  • - A
  • 5-10-2023, 15:30

    Rüşvətə görə tutulan hərbi komissar hakim qarşısına çıxarılır

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

    Eks-hərbi komissarın işi hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq.

    Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onun vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 311-ci ( rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

    “Qafqazinfo”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR