Masallıda 3,5 maqnitudalı zəlzələ olub.
Bu barədə Azadmedia.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Belə ki, “Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bala qədər hiss olunmuşdur”, – deyə Mərkəzin məlumatında qeyd olunub.
Qeyd edək ki, yeraltı təkanların ocağı 18 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 00:58-də qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.