İsrail Hərbi Hava Qüvvələrinə məxsus üç F-15 və dörd F-16 qırıcısı Aralıq dənizindən Suriyanın Hələbdəki Nairab və Dəməşqin Duvali aerodromlarına hücumlar həyata keçirib. Azadmedia.az xəbər verir ki, bu barədə brifinqdə Rusiya Hava Hücumundan Müdafiə Mərkəzinin rəis müavini Vadim Kulit deyib. Qeyd olunub ki, uçuş-enmə zolaqları qismən zədələnib, hava limanlarının işi dayandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.