HƏMAS hərəkatının İsrailin nəzarətində olan ərazilərə hücumu nəticəsində Böyük Britaniyanın ən azı 10 vətəndaşı həlak olub, altı nəfər isə itkin düşüb. Azadmedia.az Xarici telekanala istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin nümayəndəsi Viktoriya Atkins deyib.
Belə ki, onun sözlərinə görə, həlak olanlardan biri hərbçi, ikisi yeniyetmə, biri reyv-festivalının mühafizəçisi, digərləri isə İsrailə istirahətə gələn britaniyalılardır. İtkin düşənlərin HƏMAS tərəfindən əsir götürüldüyü istisna edilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.