İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 4 yüksək səviyyəli nümayəndəsini məhv edib.
Azadmedia.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Belə ki, “Son bir neçə saat ərzində İsrail əsgərləri HƏMAS-ın dörd məşhur silahlısını məhv edib. Onların arasında HƏMAS-ın hərbi dəniz qüvvələrinin komandiri Cəmil Baba, eləcə də “Ət-Tuffah” batalyonunun tank əleyhinə bölməsinin rəisi Məhəmməd əl-Səfadi, tank əleyhinə bölməsində xidmət edən tanınmış terrorçu Mumin Əl-Hicazi və terrorçuların texniki-istehsalat şöbəsində yüksək vəzifə tutan Məhəmməd Avadallah da var”, - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.