AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Məşğulluq marafonu”na artıq 405 işəgötürən tərəfindən 1783 vakansiya təqdim edilib

  • + A
  • - A
  • 13-08-2021, 16:10



    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşularaq şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək olan işəgötürənlərin sayı artmaqda davam edir.

    Nazirlikdən Azadmedia.az-a verilən məlumata görə, bu günədək marafonda iştirak edən işəgötürənlərin sayı artıq 405-ə çatıb.

    Onlardan 195-i dövlət, 210-ü özəl müəssisələrdir.

    Marafona qoşulan işəgötürənlərin 245-i xidmət, 108-i emal, 33-ü kənd təsərrüfatı, 19-u tikinti sahəsinə aiddir.

    İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 1783-ə çatıb.

    Həmin vakansiyalar üzrə artıq 419 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 322-si qazi, qalanları şəhid ailəsi üzvləridir.

    Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

    Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR