AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssisi Komitənin fəaliyyətindən razı qalıb

  • + A
  • - A
  • 28-01-2023, 15:40

    Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssisi  Komitənin fəaliyyətindən razı qalıb

    Dünya Bankının nümayəndələri və deputatlar ilə əlaqələrin və Orta Müddətli Xərclər Çərçivəsi üzrə Potensial Quruculuğu Proqramı (OMXÇ PQP) çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.

    Milli Məclis və təmsil etdiyi komitə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də büdcə siyasəti sahəsində şəffaflığın təmin edilməsi və yeni alətlərdən istifadə olunması istiqamətində intensiv fəaliyyət həyata keçirir. Dövlət xərcləmələrinin səmərəli şəkildə həyata keçirilməsi, buna Milli Məclisin nəzarətinin gücləndirilməsi, bununla bağlı proqramların monitorinqinin və mövcud qanunvericiliyin təkmilləşdirilməsi vacibdir. Bu istiqamətdə hökumət nümayəndələri və aidiyyəti beynəlxalq qurumlarla davamlı əməkdaşlıq mövcuddur.
    Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssis və Tapşırıq qrupunun rəhbəri Andzs Ubelis başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin iqtusadi siyasət komitəsi ilə görüşüb.
    Qonaq komitə üzvləri ilə əvvəlki görüşləri xatırlayaraq, bu sahədə faydalı fikir mübadiləsinin aparıldığını deyib.
    MM-dən Azadmedia az-a verilən məlumata görə Andzs Ubelis əməkdaşlığın istiqamətləri barədə fikirlərini açıqlayaraq, təmsil etdiyi missiyanın məqsədlərini diqqətə çatdırıb. Bildirib ki, onun rəhbərlik etdiyi qrup öz fəaliyyətini bir neçə istiqamətdə həyata keçirməyi planlaşdırır. O, Orta Müddətli Xərclər Çərçivəsi üzrə Potensial Quruculuğu Proqramının xüsusiyyətləri barədə məlumat verərək, diqqətə çatdırıb ki, bu istiqamətdə büdcə sahəsində parlamentin nəzarəti ilə bağlı seminarların keçirilməsi, bununla əlaqədar mütəxəssisin dəvət edilməsi, orta müddətli xərclərə əsaslanan büdcənin formalaşdırılması sahəsində təlimlərin aparılması, bu sahəni tənzimləyən qanunvericiliyin araşdırılması və müvafiq tövsiyələrin verilməsi nəzərdə tutulub.
    Görüşdə diqqətə çatdırılıb ki, 2023-cü il ölkəmiz üçün əlamətdar bir ildir. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən, bu il “Heydər Əliyev İli” kimi qeyd olunur. Bunu nəzərə alaraq, missiya tərəfindən həyata keçirilən Proqram çərçivəsində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfransın keçirilməsi məqsədəmüvafiqdir.
    Dünya Bankının nümayəndə heyətinin üzvləri Bruno Laparte, Mark Robinson, Marko Cangiano çıxış edərək, təmsil etdikləri missiyanın məqsədləri, həyata keçirdikləri Proqramın istiqamətləri barədə məlumat veriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR