AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Macarıstan və Azərbaycan dost ölkələrdir

  • + A
  • - A
  • 3-02-2023, 14:34

    Macarıstan və Azərbaycan dost ölkələrdir

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri oldu. Macarıstan və Azərbaycan dost ölkələrdir.
    Səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla görüşlər, iki ölkə arasında əlaqələrin gələcəkdə də inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin daha da gücləndirilməsinə töhvə verəcək.
    Bu əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bugünədək iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni Anlaşma Memorandumları əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq.
    Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək.
    Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunda mövcud imkanları da dünyanın diqqətindədir.
    Səfər zamanı Qarabağ və Zəngəzur torpaqlarında şəhərsalma istiqamətində böyük təcrübəyə malik olan Macar şirkətlərinin də fəaliyyət göstərəcəyi, qısa zaman ərzində layihələrin müzakirəsinə başlanacağı barədə danışıqlar aparıldı.
    Görüş zamanı daha vacib bir məsələyə də toxunuldu. İkinci Qarabağ müharibəsindən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir.Bu minaların təmizlənməsində Macarıstanın təcrübəsindən istifadə edərək əməkdaşlığımızın bu yöndə də aparılacağı bildirildi.
    Birgə Bəyannamənin imzalanması bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR