AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir

  • + A
  • - A
  • 7-02-2023, 11:16

    Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı oldu.
    Bu görüşün məqsədi görülən işləri nəzərdən keçirmək və gələcək addımları planlaşdırmaqdan ibarətdir.
    Qeyd edək ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.
    Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha böyükdür. O cümlədən Ruminiya üçün. Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir Dekabr ayında Azərbaycan və Rumıniya arasında qaz təchizatı haqqında saziş imzalandı və qaz təchizatı bu yaxınlarda başlayacaq. Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr arasındadır. Eyni zamanda Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstanla bərabər, Rumıniya arasında da imzaladıq. İnanırıq ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bizim gələcəkdə atdığımız uğurlu addımlarla nəticələnəcək.
    Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin edirlər
    Bu prosesdə iştirak edən şirkətlər, xüsusilə SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu gün aramızda nümayəndələrinin iştirak etdiyi aparıcı maliyyə qurumları da vardır. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır. Yəni, bütün aparıcı maliyyə qurumları bizimlədir. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq davam edilməlidir. Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökumətləri layihədə fəal iştirak edirlər.
    Biz ümidvarıq ki, səmərəli əməkdaşlığımızı daha da genişləndirərək bərpaolunan enerji sahəsində də davam etdirəcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR