AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqbal Məmmədov MDB PA-nın komissiya iclasında iştirak edəcək

  • + A
  • - A
  • 9-03-2023, 11:33

    İqbal Məmmədov MDB PA-nın komissiya iclasında iştirak edəcək

    Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün martın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
    Azadmedia.az xəbər verir ki, iclasda quruma üzv dövlətlərin 2022-ci ilin maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2023-cü ilin birinci rübündə MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi, təşkilatın fəaliyyətinin təmin edilməsi üzrə gəlir və xərclərin smeta layihələri, MDB PA Şurasının “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qərar layihəsi və digər məsələlərə baxılacaq.
    Deputat İqbal Məmmədov MDB PA-nın komissiya iclasında müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək.
    Səfər martın 12-də başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR